Bakı Aeroportu yay mövsümündə 40-a yaxın aviaşirkətlə geniş marşrut şəbəkəsi təqdim edir
sizinxeber.az xəbər saytı

Bakı Aeroportu yay mövsümündə 40-a yaxın aviaşirkətlə geniş marşrut şəbəkəsi təqdim edir


Heydər Əliyev Beynəlxalq Aeroportundan dünyanın müxtəlif regionlarına 40-a yaxın aviaşirkət tərəfindən müntəzəm reyslər həyata keçirilir.

Bu barədə "Sizinxeber.az"a Hava Limanından məlumat verilib.

Bildirilib ki, "Azərbaycan Hava Yolları" (AZAL), "Turkish Airlines", "Lufthansa", "LOT Polish Airlines", "Air Astana", "Wizz Air", "Pegasus Airlines", "AJet", "Air Astana", "Centrum Air", "China Southern" və digər beynəlxalq aviadaşıyıcılar sərnişinlərə geniş marşrut şəbəkəsi təqdim edir.

Yay mövsümündə ən yüksək tələbat ənənəvi olaraq Türkiyənin kurort şəhərləri və Avropanın məşhur turizm mərkəzləri üzrə müşahidə olunur. Antalya, Bodrum, İzmir, Roma, Milan, Paris, Barselona, Praqa və Vyana kimi istiqamətlər bu mövsümdə sərnişinlərin ən çox üstünlük verdiyi marşrutlar sırasındadır.

Son illərdə Asiya və Mərkəzi Asiyaya maraq da əhəmiyyətli dərəcədə artıb. Azərbaycan və Çin arasında tətbiq olunan vizasız rejimdən sonra Pekin və Urumçi istiqamətləri sərnişinlər üçün daha cəlbedici olub. Astana, Almatı, Daşkənd, Şımkənd, və Səmərqənd kimi şəhərlər isə tarixi İpək Yolu irsi, zəngin mədəniyyəti və inkişaf edən turizm potensialı ilə diqqət çəkir.

Bununla yanaşı, yay mövsümündə Bakıdan həyata keçirilən uçuş şəbəkəsi yeni aviaşirkətlərin qoşulması ilə daha da genişlənib. "Air Serbia"- nın Belqrad, "Airblue"-nun Lahor və "FlyOne"-nın Daşkənd istiqamətlərində təklif etdiyi uçuşlar sərnişinlərə daha çox seçim və əlavə səyahət imkanları yaradır.

Artan tələbatı nəzərə alaraq sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmaq və aviabiletlərini erkən əldə etmək tövsiyə olunur. Uçuş cədvəlləri və aviabiletlər barədə ətraflı məlumatı müvafiq aviaşirkətlərin rəsmi internet səhifələrindən əldə etmək mümkündür.

Oxşar xəbərlər

Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir
Bakı hava limanı payız mövsümündə 80-dən çox istiqamət təklif edir
Heydər Əliyev Beynəlxalq Aeroportu: Payız mövsümündə 80-dən çox istiqamət
“Turkish Airlines” mayın 9-dan Türkiyə ilə Rusiya arasında uçuşları bərpa edəcək
Bakıdan Varşavaya uçuş "Polish Airlines"in təyyarəsində texniki nasazlıq səbəbindən ləğv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər