Nazir: Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir
sizinxeber.az xəbər saytı

Nazir: Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir


Azərbaycan və Şimali Kipr arasındakı dostluq əlaqələri daha da möhkəmlənir.

Sizinxeber.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu Bakıda keçirilən Şimali Kipr Mədəniyyət Günü münasibətilə təşkil olunmuş mətbuat konfransında deyib.

Fikri Ataoğlu bildirib ki, parlamentlərarası əməkdaşlıq, qarşılıqlı səfərlər və birgə layihələr münasibətlərin daha da dərinləşməsinə töhfə verir.

“Azərbaycan və Şimali Kipr arasında dostluq və qardaşlıq əlaqələri gündən-günə güclənir. Xalqlarımız arasındakı yaxın münasibətlər əməkdaşlığımızın əsasını təşkil edir”, - Baş nazirin müavini vurğulayıb.

O qeyd edib ki, Şimali Kipr rəhbərliyi əlaqələrin inkişafına xüsusi önəm verir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

“Türkiyə ilə birlikdə dost və qardaş ölkələrlə münasibətlərimizin genişlənməsi üçün səylərimizi davam etdiririk. Azərbaycanla əməkdaşlığımızın gələcəkdə daha da inkişaf edəcəyinə inanırıq”, - Baş nazirin müavini əlavə edib.

Oxşar xəbərlər

Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətini tanıdılması ilə bağlı tədbir keçiriləcək
Baş nazir Ünal Üstel: Azərbaycan, Türkiyə və Şimali Kiprin həmrəyliyi Türk dünyasının birliyinin mühüm nümunəsidir
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb - YENİLƏNİB
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
Azərbaycanda Şimali Kipr günləri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər