"Acwa": Biznes transformasiyası olmadan investisiya cəlb etmək mümkün deyil
Hazırda biznes transformasiyası olmadan investisiya cəlb etmək və rəqabətədavamlı olmaq mümkün deyil.
"Sizinxeber.az" xəbər verir ki, bunun "Acwa" şirkətinin icraçı idarəetmə direktoru Uyqar Durgunay "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Baıda keçirilən "Technovation" Forumunda bildirib.
O bildirib ki, hər kəs mürəkkəbliyin bir çox maraqlı tərəflərin əməkdaşlığını tələb etdiyini anlayır: "Biznes transformasiyası zərurətə çevrilib. Bu, artıq gələcək hədəf deyil, bu günün reallığına çevrilir. Hökumətlər "yaşıl enerji" və dekarbonizasiya tələb edir, eyni zamanda enerji tələbatı da artır. Heç bir maraqlı tərəf təkbaşına mürəkkəb bir layihəni həyata keçirə bilməz. İnvestorlar kapital, risklərin idarə edilməsi üzrə təcrübə və bilik-bacarıq gətirirlər. Sənaye texnologiya və icra imkanlarını təmin edir, hökumətlər isə istiqamət verir, tənzimləyici mühit yaradır və şəffaflığı təmin edir. Bu əsas maraqlı tərəflər mükəmməl harmoniya içində əməkdaşlıq etmədən dəyər yaradılması baş verməyəcək. Əməkdaşlıq hər zaman etibar üzərində qurulur. Bu günün şəraitində mürəkkəb əlamətdar layihələrin uzunmüddətli uğuru yalnız bu əsas maraqlı tərəflərin əməkdaşlığı və onlar arasında qurulmuş etibar sayəsində mümkündür".
U.Durgunay vurğulayıb ki, maraqlı tərəflər indi yalnız müstəqil həllər deyil, həm də inteqrasiya olunmuş həllər və platformalar axtarır: "Burada şirkətimiz "yaşıl enerji", "yaşıl hidrogen", duzlaşdırılmış su, eləcə də ənənəvi enerji istehsal güclərini təqdim edir. "Acwa" şirkətinin 100 giqavatdan çox güc tutumundan ibarət portfeli var və bunun 50 %-dən çoxu bərpa olunan enerji mənbələridir. Biz həmçinin gündəlik 9,7 milyon kubmetr duzlaşdırılmış su istehsal gücü ilə dünyanın ən böyük duzlaşdırma şirkətlərindən biriyik. Azərbaycanda biz Xızı və Abşeronda 240 meqavatlıq külək elektrik stansiyasına sahibik və onu idarə edirik. Biz həmçinin Xəzər bölgəsində inkişaf edirik. Bu rəqəmlər mütləq bütün reallığı əks etdirmir, lakin bu, olduqca böyük həcmdir. Bu, bütün şəbəkə tutumunun təxminən 3 %-ni əks etdirir və bununla il ərzində 1 milyard kilovat/saatdan çox enerji istehsal olunur".
Oxşar xəbərlər
BP meneceri: "Transformasiya düşüncə dəyişikliyi olmadan mümkün deyil"
Hasan Suver: "Enerji transformasiyası və şəhərsalma siyasəti bir-birini tamamlayan iki əsas sahəyə çevrilib"
Azərbaycanda rəqəmsal transformasiyanın əsas şərti açıqlanıb
Dəyanət Sədullayev: "Qlobal dəyişikliklər fonunda korporativ dayanıqlılıq vacib əhəmiyyət kəsb edir"
Fariz Cəfərov: "Azərbaycan süni intellekt sahəsində strateji oyunçuya çevrilə bilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
Sabah Bakının Nəsimi rayonunun bəzi hissəsində qaz olmayacaq
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
