Alimlər müəmmalı erkən insultların səbəbini açıqlayıblar
sizinxeber.az xəbər saytı

Alimlər müəmmalı erkən insultların səbəbini açıqlayıblar


Kilya Universitetinin britaniyalı alimləri yaşı 50-dən aşağı olan insanlarda kriptogenik insultların - müəyyən səbəb olmadan insultların səbəbini açıqlayıblar.

“Report” xəbər verir ki, bu barədə araşdırma “Neurology Open Access” (NOA) elmi jurnalında dərc olunub.

Kriptogen insultlar həkimlər üçün sirr olaraq qalır və damar tıxanmasının səbəbi isə məlum deyil. Simptomlara zəiflik, nitq və görmə problemləri daxildir və nəticə ölümcül ola bilər. Təcrübədə insult keçirmiş 18-49 yaş arası 546 nəfər və eyni sayda sağlam insan iştirak edib.

Təhlillər göstərib ki, siqaret əsas risk faktorudur. İnsult qrupunda siqaret çəkənlərin 33%-i, nəzarət qrupunda isə 15% olub. Risk faktorları (alkoqol, qan təzyiqi və təhsil səviyyəsi) nəzərə alındıqdan sonra siqaret çəkənlərin insult keçirmə ehtimalı iki dəfə artıb.

Kişilər arasında risk üç dəfə, 45-49 yaşlı insanlar arasında isə demək olar ki, dörd dəfə artıb. İldə 20 qutudan çox siqaret çəkənlərin riski 4-7 dəfə yüksək olub. Alimlər insultların sayını azaltmaq üçün xüsusilə gənclər arasında siqaretə qarşı mübarizə tədbirlərini gücləndirməyə çağırıblar.

Oxşar xəbərlər

Son 30 ildə dünyada insult hallarının sayı kəskin şəkildə artıb
Bir qan testi qadında növbəti 30 il üçün infarkt və insult riskini proqnozlaşdıra bilər
Alimlər ürək xəstəlikləri üçün risk faktorunun adını açıqlayıblar
Demensiya inkişafının əsas risk amilləri açıqlanıb
Bu üsulla insultun öncədən proqnozlaşdırılması mümkün ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle