Bolqarıstan XİN əməkdaşları siqaret qaçaqmalçılığına görə saxlanılıblar
sizinxeber.az xəbər saytı

Bolqarıstan XİN əməkdaşları siqaret qaçaqmalçılığına görə saxlanılıblar


Bolqarıstan Xarici İşlər Nazirliyinin əməkdaşları ölkə sərhədində siqaret qaçaqmalçılığına görə saxlanılıblar.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Bolqarıstan Xarici İşlər Nazirliyinin əməkdaşları Serbiya ilə sərhəddə yerləşən Kalotina keçid məntəqəsində diplomatik poçt adı altında qaçaqmalçılıq yolu ilə bir neçə min qutu siqaret keçirməyə cəhd ediblər. Məsələ ilə bağlı istintaq davam edir. Hadisə barədə Bolqarıstan Milli Televiziyası, BTV kanalı və digər KİV məlumat yayıb.

Oxşar xəbərlər

Ermənistanda İrandan qaçaqmalçılıq yolu ilə gətirilən siqaret partiyası müsadirə edilib
Rumıniya və Bolqarıstan Şengen sazişinə qoşula biləcək
Naxçıvan gömrükçüləri aksiz markası olmayan 60 000 ədəd siqaret aşkar edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər