Azərbaycan və Slovakiya KOB-ları yeni əməkdaşlıq imkanlarını araşdırır
sizinxeber.az xəbər saytı

Azərbaycan və Slovakiya KOB-ları yeni əməkdaşlıq imkanlarını araşdırır


Azərbaycan və Slovakiya arasında kiçik və orta biznes subyektləri (KOB) səviyyəsində əməkdaşlığın genişləndirilməsi və yeni investisiya imkanları müzakirə edilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan və Slovakiya arasında sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes qurumları arasında əlaqələrin möhkəmləndirilməsi və KOB-lar üçün yeni tərəfdaşlıq imkanlarının araşdırılması məqsədilə KOBİA heyəti Slovakiyada görüşlər keçirib.

Səfər çərçivəsində Bratislava şəhərində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı Agentliyinin (SARIO) baş icraçı direktoru Egon Zorad ilə görüşüb. Görüşdə iki ölkə arasında biznes və ticarət əlaqələrinin inkişafı, investisiyaların təşviqi, eləcə də Azərbaycan və Slovakiyanın KOB subyektləri arasında işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Slovakiya Ticarət və Sənaye Palatasının prezidenti Peter Mihok ilə keçirilən görüşdə sahibkarlığın dəstəklənməsi sahəsində təcrübə mübadiləsi aparılıb. Tərəflər KOB-lar və startaplar arasında əməkdaşlığın təşviqi, biznes əlaqələrinin genişləndirilməsi və gələcək birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Oxşar xəbərlər

Azərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır - YENİLƏNİB
Azərbaycanla Slovakiya arasında əməkdaşlıq üçün cəlbedici sahələr açıqlanıb
KOBİA: Hanoydakı tədbirlər Azərbaycanla Vyetnam arasında yeni investisiya qoyuluşu imkanı yaradacaq
Azərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır
Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər