Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində olduğunu bildirib, detalları açıqlayıb
İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ofisi bombalanan zaman xarici işlər naziri Abbas Əraqçi də orada olub.
Bu barədə Əraqçi “Al Mayadeen”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, həmin gün Cenevrədə keçirilən danışıqlar barədə məruzəni Ali Rəhbərə təqdim etmək üçün saat 9-da orada olub.
“Dağıntıların altından çıxarkən bütün düşüncəm ona (Xameneiyə) hücum edilib-edilmədiyindən ibarət idi. Rəhbərin şəhid olma xəbəri yayılana qədər - müharibənin ilk iki günü onun başına nə gəldiyi ilə bağlı həddindən artıq narahat idim”, - Əraqçi qeyd edib.
İran XİN rəhbəri “Xameneinin ölümünün İranın tarixində dönüş nöqtəsi olduğunu və bu nöqtənin İranın gücünü bütün dünyaya nümayiş etdirdiyini” vurğulayıb.
O, yeni Ali Rəhbərin - Ayətullah Seyid Müctəba Xameneinin seçilməsinə diqqət çəkərək, "İran İslam Respublikasındakı sistemin ayrı-ayrı şəxslərdən asılı olmayacaq qədər güclü olduğunu" qeyd edib.
Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.
Oxşar xəbərlər
İran XIN başçısı: Müctəba Xameneinin səhhəti yaxşıdır
Əraqçi: ABŞ-ın hücumundan əvvəl İran nüvə məsələsində güzəştlərə hazır idi
Xameneinin müavini Rusiyaya səfər edib
Əraqçi Hörmüz boğazı ilə bağlı Omanla müsbət təmasdan bəhs edib
İranın XİN başçısı Putinə Xameneinin məktubunu təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib
-
Bu gün geomaqnit qasırğası olacaq
