Fərid Qayıbov Neftçala və Salyan rayon sakinlərini qəbul edib
sizinxeber.az xəbər saytı

Fərid Qayıbov Neftçala və Salyan rayon sakinlərini qəbul edib


Gənclər və idman naziri Fərid Qayıbov Salyan şəhərində Neftçala və Salyan rayon sakinlərini qəbul edib.

Bu barədə "Sizinxeber.az"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Qəbuldan öncə F. Qayıbov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovla birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Salyan Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Oxşar xəbərlər

Ədliyyə naziri Fərid Əhmədov Neftçalada vətəndaşları qəbul edib
Nazir III MDB Oyunları ilə bağlı Yevlax Olimpiya İdman Kompleksinə baxış keçirib
Fərid Əhmədov Ağsu şəhərində vətəndaşları qəbul edib
Fərid Əhmədov Gədəbəydə vətəndaşları qəbul edib
Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər