PSJ prezidenti: Luis Enrike dünyanın ən yaxşı məşqçisidir
sizinxeber.az xəbər saytı

PSJ prezidenti: Luis Enrike dünyanın ən yaxşı məşqçisidir


"Pari Sen-Jermen" (PSJ) futbol klubunun prezidenti Nasser Əl-Xelaifi ispan mütəxəssis Luis Enrikeni dünyanın ən yaxşı məşqçisi adlandırıb.

"Sizinxeber.az"un məlumatına görə, o, bu barədə "Ici Paris Ile-de-France" nəşrinə açıqlamasında bildirib.

Əl-Xelaifi Məşqçinin gələcəyi ilə bağlı suala cavab olaraq klubun tərəfdaşlıqdan tamamilə məmnun olduğunu qeyd edib.

"Məşqçi bizdən çox razıdır, Parisdən çox razıdır. O, PSJ-ni çalışdırmaqdan qürur duyur və biz də onunla fəxr edirik. O, dünyada ən yaxşı məşqçidir. Biz ondan çox razııq. Bilirsiniz bu nə deməkdir", - o deyib.

L.Enrikenin PSJ ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. "RMC Sport" daha əvvəl tərəflərin müqaviləni 2030-cu ilə qədər uzatmağı nəzərdən keçirdiklərini bildirib.

Oxşar xəbərlər

Luis Enrike PSJ ilə yeni müqavilə imzalamağa yaxındır
PSJ baş məşqçi Luis Enrike ilə müqavilənin müddətini uzadıb
Luis Enrike PSJ-nin baş məşqçisi kimi antirekorda imza atıb
Luis Enrike UEFA Superkubokunu iki fərqli komanda ilə qazanan beşinci mütəxəssis olub
PSJ "Monako"nun futbolçusu Maqnes Akliuşun transferində israrlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər