Azərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır
sizinxeber.az xəbər saytı

Azərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır


Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının yaradılması üçün Anlaşma Memorandumu imzalanıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinnin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "X" sosial şəbəkəsində hesabında bildirib.

Onun sözlərinə görə, memorandum KOBİA ilə Vyetnamın Milli Sahibkarlıq Assosiasiyası arasında imzalanıb.

“Bu mühüm addım ölkələrimiz arasında daha dərin iqtisadi əlaqələrin qurulmasına, dinamik biznes əməkdaşlığına və daha güclü tərəfdaşlığa yol açır”,- o qeyd edib.

Oxşar xəbərlər

KOBİA "ACWA Power Azerbaijan Renewable Energy" ilə Anlaşma Memorandumu imzalayıb
Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının fəaliyyəti müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər