Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunacaq
Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin gücləndirilməsi IV Daşkənd İnvestisiya Forumunda müzakirə olunacaq.
“Report” xəbər verir ki, forumun üçüncü günündə - iyunun 11-də "Azərbaycan - Özbəkistan: iqtisadi tərəfdaşlıq vektoru" mövzusunda panel sessiyası keçiriləcək.
"Tədbirdə hər iki ölkənin hökumət rəsmiləri və biznes liderləri ikitərəfli ticarətin gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi və energetika, nəqliyyat, kənd təsərrüfatı, sənaye və rəqəmsal texnologiyalar kimi sektorlarda əməkdaşlığın araşdırılması üçün bir araya gələcək. Forumda həmçinin Orta Dəhliz daxil olmaqla əlaqələrin qurulması üzrə regional təşəbbüslər işıqlandırılacaq və davamlı iqtisadi əməkdaşlıq üçün yeni imkanlar təqdim ediləcək", - forumun saytında qeyd olunub.
Tədbirdə Azərbaycandan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və başqaları çıxış edəcəklər.
Oxşar xəbərlər
Azərbaycan və İspaniya iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 14-cü iclası olacaq
Səudiyyə Ərəbistanı və Azərbaycan iqtisadi əlaqələrin gücləndirilməsini müzakirə edib
Sentyabrda Bakıda II “Körfəz - Azərbaycan” İqtisadi Forumu keçiriləcək
Özbəkistan İnvestisiya Təşviqi Agentliyi: Beynəlxalq investorlar üçün yeni imkanlar yaradılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
