Füzulidə 120 kq yararsız ət aşkarlanıb
Füzuli rayonunda 120 kq yararsız ət aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, AQTA-nın Qarabağ regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Füzuli rayonu, Alxanlı postunda Qurbanov Yavər Tapdıq oğluna məxsus 10 FS 804 dövlət qeydiyyat nişanlı “Gaz 031-02” markalı avtomobilə baxış keçirib.
Yoxlama zamanı avtomobilin yükdaşıma hissəsində ümumi çəkisi 120 kq istehlaka yararsız iribuynuzlu heyvan əti aşkarlanıb. Ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən edilib.
Vətəndaş izahatında ətin özünə məxsus olduğunu, iribuynuzlu heyvanı tələf olduğu üçün Xocavənd rayonu, Qırmızı Bazar ərazisində kəsdiyini və Beyləqan rayonuna aparmaq istədiyini bildirib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, ətlər soyuducu anbarda saxlanca yerləşdirilib, laborator nümunə götürülüb.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Füzulidə satılmağa aparılan 120 kq yararsız ət aşkarlanıb - BİRGƏ ƏMƏLİYYAT
Xocavənddən Beyləqana 120 kq yararsız əti satmağa aparan şəxs saxlanılıb - BİRGƏ ƏMƏLİYYAT
Şərurda ölmüş heyvan ətinin satılmasının qarşısı alınıb - FOTO
“Keşlə” bazarında istehlaka yararsız 800 kq-a yaxın balıq məhsulu aşkarlanıb
Lökbatanda 100 kq at əti aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib
-
Bu gün geomaqnit qasırğası olacaq
