Azərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır - YENİLƏNİB
Azərbaycan və Vyetnam iş adamları arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Biznes Şura yaradılır.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri çərçivəsində “Bakı KOB evi”ndə KOBİA və Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VINEN) arasında Azərbaycan-Vyetnam Biznes Şurasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və VINEN-in prezidenti Dinh Viet Hoa imzalayıblar.
Azərbaycan-Vyetnam Biznes Şurası hər iki ölkənin sahibkarlarının təşəbbüslərini dəstəkləyəcək, iş adamları arasında əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, birgə tədbirlərin təşkilinə, tərəflər arasında ticarət əlaqələrinin inkişafında faydalı ola biləcək məlumat mübadiləsinə köməklik göstərəcəkdir. İlkin mərhələdə Azərbaycan-Vyetnam Biznes Şurasının həmsədrlərinin müəyyən edilməsi və şuraya hər iki ölkədən iş adamlarının cəlb olunması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.
O. Məmmədov və Dinh Viet Hoa arasında keçirilmiş görüşdə müvafiq memorandumdan irəli gələn məsələlər, eləcə də hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq və bu əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
VINEN-in prezidenti həmçinin, “Bakı KOB evi”nin fəaliyyəti, burada sahibkarlara göstərilən “G2B” və “B2B” xidmətlərlə tanış olub.
Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının yaradılması üçün Anlaşma Memorandumu imzalanıb.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinnin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "X" sosial şəbəkəsində hesabında bildirib.
Onun sözlərinə görə, memorandum KOBİA ilə Vyetnamın Milli Sahibkarlıq Assosiasiyası arasında imzalanıb.
“Bu mühüm addım ölkələrimiz arasında daha dərin iqtisadi əlaqələrin qurulmasına, dinamik biznes əməkdaşlığına və daha güclü tərəfdaşlığa yol açır”,- o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan və Vyetnam arasında imzalanmış sənədlərin mübadiləsi olub - YENİLƏNİB - 1
Vyetnam Azərbaycanla təhsil və biznes sahələrində əməkdaşlıq etmək istəyir
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin rəsmi qarşılanma mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








