Faiq Qarayev: "Əsas hədəf Avropa çempionatının Azərbaycanda təşkil olunacaq mərhələsidir"
sizinxeber.az xəbər saytı

Faiq Qarayev: "Əsas hədəf Avropa çempionatının Azərbaycanda təşkil olunacaq mərhələsidir"


Azərbaycanın qadınlardan ibarət voleybol millisinin əsas hədəfi Avropa çempionatının Bakıda təşkil olunacaq mərhələsidir.

"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Faiq Qarayev jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis yığmanın Avropa Liqasına hazırlığını dəyərləndirib:

"Sloveniyada keçirilən hazırlıq prosesində bir neçə yoldaşlıq görüşü baş tutub və komanda qələbə qazanıb. Təxminən 25 gündür ki, hazırlıq dövrü davam edir. Əsas proqram avqustda təşkil olunacaq Avropa çempionatına yönəlib. Hazırlıq turnirində 3 əsas oyunçu zədə səbəbindən çıxış etməyəcək. Polina Rəhimova və Ayşən Abduləzimova zədəlidir. Buna baxmayaraq, qarşıdakı oyunları yüksək səviyyədə keçirmək lazımdır. Voleybolçuları qorumaq və Avropa çempionatına tam hazır vəziyyətdə yanaşmaq əsas hədəfdir".

Mütəxəssis İsveç və Estoniya komandaları ilə oyunlara, həmçinin digər rəqiblərin gücünə diqqət çəkib:

"İsveç güclü komandadır. Hər bir rəqibə qarşı düzgün mübarizə aparmaqla qalib gəlmək mümkündür. Estoniya ilə görüşdə də qələbə qazanmaq lazımdır. İspaniya və Makedoniyadakı 4 oyun da bu məqsədə xidmət edir. Əsas hədəf Avropa çempionatının Azərbaycanda təşkil olunacaq mərhələsidir. Komandanın qrupdan yüksək xalla çıxması üçün hazırlıqlar plan üzrə davam edir".

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.

Oxşar xəbərlər

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Avropa Liqasının hazırlığına başlayıb
Ayşən Abduləzimova: "Avropa çempionatı bizim üçün daha vacib yarışdır"
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti açıqlanıb
Azərbaycan cüdo millisinin baş məşqçisi: "Avropa Kubokundakı nəticələr uğurludur"
Faiq Qarayev: "Klublarda işləri gücləndirmişik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər