Yusif Abdullayev: "Azərbaycan şirkətlərinin Latviyaya çıxışı üçün hazırlıqlara başlanılıb"
Azərbaycan şirkətlərinin əvvəlcə Latviyaya çıxışı, daha sonra isə Baltik və Skandinaviya ölkələri ilə regional əməkdaşlığın genişləndirilməsi üçün zəruri infrastrukturun hazırlanmasına başlanılıb.
"Sizinxeber.az"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın 9-cu iclasında deyib.
Y. Abdullayev qeyd edib ki, yaxın günlərdə Azərbaycan-Latviya Biznes Forumunun keçirilməsi planlaşdırılır. Biznes forum Azərbaycanda təşkil olunacaq.
"Tədbirdə Latviyadan 20-yə yaxın şirkətin, Azərbaycandan isə 50-dən çox dövlət və özəl qurumun iştirakı gözlənilir. Tərəflər biznes əməkdaşlığının yeni istiqamətləri kimi süni intellekt, müdafiə sənayesi və hava yük daşımaları sahələrini də nəzərdən keçirir. Latviya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası işlərində iştirakı üçün təqdimatların keçirilməsini planlaşdırırıq", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
AZPROMO Latviyaya ixrac missiyası təşkil edəcək
Azərbaycan-Latviya Biznes Şurası yaradıla bilər
“İstisu” mineral suyu yaxın zamanlarda Belarusda satışa çıxarılacaq
Azərbaycan-Latviya Komissiyasının iclasının yekun protokolu təsdiqlənib
İraqda Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
