Azərbaycan-Latviya Komissiyasının iclasının yekun protokolu təsdiqlənib
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının yekunlarına dair protokol təsdiqlənib.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiyaların genişləndirilməsi, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, nəqliyyat, elm və təhsil, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi, şəhərsalma və tikinti, ətraf mühitin mühafizəsi və meşəçilik, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutur.
Yekun protokolda həmçinin Azərbaycan və Latviya arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.
Tərəflər Birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının gələn il Latviyanın paytaxtı Riqada keçirilməsi barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının iclasının vaxtı dəyişdirilib
Bu gün Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclası olacaq
Bakı və Riqa hökumətlərarası komissiyanın iclasının tarixini razılaşdırıb
Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilir
Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının iclası gələn həftə Şuşada keçiriləcək - EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
