AZPROMO Latviyaya ixrac missiyası təşkil edəcək
sizinxeber.az xəbər saytı

AZPROMO Latviyaya ixrac missiyası təşkil edəcək


Gələn il İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Latviyaya ixrac missiyası təşkil edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Azərbaycan-Latviya İnformasiya və Şəbəkə Görüşü"ndə bildirib.

"Biz sentyabrda "Riga Food” beynəlxalq qida sərgisində iştirak etmişik, şirkətlərimizə dəstək məqsədilə ixrac missiyası təşkil etmişik. Gələn il də bu sərgidə iştirak etməyi və daha bir missiya təşkil etməyi planlaşdırırıq. Əminəm ki, şirkətlərimiz bundan məmnun olacaqlar”, - deyə o qeyd edib.

Bundan başqa, AZPROMO rəhbərinin sözlərinə görə, gələn il Riqada Azərbaycan-Latviya biznes forumunun keçirilməsi gözlənilir.

"İki ölkə arasında biznes əlaqələri inkişaf edir. Təəssüf ki, Azərbaycanla Latviya arasında ticarət dövriyyəsi çox deyil. Bu kimi tədbirlər əməkdaşlığı inkişaf etdirəcək və ticarət dövriyyəsini artıracaq", - deyə Y.Abdullayev qeyd edib.

O, həmçinin Azərbaycan-Latviya iqtisadi əlaqələri və ölkələr arasında tərəfdaşlığın intensivləşdirilməsi perspektivlərindən danışıb, Azərbaycanın biznes-investisiya potensialı və AZPROMO-nun fəaliyyəti barədə məlumat verib.

Oxşar xəbərlər

AZPROMO: Türkiyəyə ixrac missiyası ləğv edilib
AZPROMO: Pakistana yaxın gələcəkdə ixrac missiyası təşkil olunacaq
AZPROMO Səudiyyə Ərəbistanı ilə bağlı hədəflərini açıqlayıb
İraqda Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
AZPROMO: Azərbaycanla Çin arasında tranzit yük daşımalarının həcmi təxminən 32 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər