BMT rəsmisi: İrandan 5 milyondan çox qaçqının geri göndərilməsi Əfqanıstanda vəziyyəti daha da çətinləşdirib
sizinxeber.az xəbər saytı

BMT rəsmisi: İrandan 5 milyondan çox qaçqının geri göndərilməsi Əfqanıstanda vəziyyəti daha da çətinləşdirib


Əfqanıstanda humanitar böhran ağır olaraq qalır.

Sizinxeber.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Əfqanıstan üzrə direktoru Steffani Luz “Post-böhran dövründə mənzil təminatı: Dayanıqlı həll yolları tapmaq” adlı tədbir zamanı deyib.

O qeyd edib ki, 2023-cü ilin sentyabr ayından etibarən ölkə əhalisi 12 faizdən çox artıb və insanların yarıdan çoxunun humanitar yardıma ehtiyacı var.

Vurğulanıb ki, ölkədə milyonlarla insan hələ də məcburi köçkün vəziyyətində yaşayır. Bunun əsas səbəbləri sırasında iqlim dəyişikliyi, təbii fəlakətlər və uzunmüddətli münaqişələr göstərilib.

Steffani Luiz bildirib ki, İrandan 5 milyondan çox əfqan qaçqının geri göndərilməsi vəziyyəti daha da çətinləşdirib: “Bu proses ölkənin sosial və iqtisadi imkanlarına əlavə təzyiq yaradır”.

BMT rəsmisi onu da qeyd edib ki, Əfqanıstan hökuməti geri qayıdan əhali üçün torpaq sahələrinin ayrılması istiqamətində addımlar atır. Bununla belə, insanların böyük əksəriyyətinin məskunlaşma problemi həll edilməyib.

Çıxışda beynəlxalq ictimaiyyətin dəstəyinin vacibliyi vurğulanaraq, humanitar yardım, dayanıqlı yaşayış məntəqələrinin qurulması və məcburi köçkünlərin reinteqrasiyası istiqamətində əməkdaşlığın gücləndirilməsinə çağırış edilib.

Oxşar xəbərlər

BMqT: 2050-ci ilə qədər 260 milyondan çox insan daxili miqrasiyaya məruz qala bilər
Ceyhun Bayramov: 500 milyondan çox insan münaqişə və ya münaqişəyə meyilli ərazilərdə yaşayır
UN-Habitat: Bu gün bir çox şəhərlərdə dağıdıcı daşqınlar, torpaq sürüşmələri və yanğınlar baş verir
Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır
WUF13-də Dünya Şəhərləri Hesabatı təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər