"Haber Global": İlham Əliyev və Məhəmməd Şahbaz Şərif ikitərəfli münasibətləri müzakirə ediblər
"Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı baş tutub. İki lider Pakistan və Azərbaycan arasında möhkəm qardaşlıq və dostluq əlaqələrini bir daha təsdiqləyiblər.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global"ın hazırladığı videomaterialda qeyd olunub.
Süjetdə, həmçinin Türk Dövlətləri Təşkilatının Qazaxıstanda baş tutacaq Zirvə görüşü barədə də məlumat verilib. Bildirilib ki, tədbir Türküstan şəhərində keçiriləcək. Zirvə görüşünün mövzusu süni intellekt və rəqəmsal inkişaf olacaq.
"Türk dünyasının liderləri bir araya gələcəklər, regional inkişaf məsələləri, əməkdaşlıq imkanları müzakirə olunacaq. İnkişaf etməkdə olan texnologiyaların, xüsusən də süni intellektin transformativ potensialı qiymətləndiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüş və əməkdaşlığa yönəlmiş görüş keçirilməsi gözlənilir" , - deyə süjetdə qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti və Pakistan Baş naziri arasında telefon danışığı olub
Şahbaz Şərif İlham Əliyevi və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Prezident İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub
Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış edirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
