Kir Starmer növbəti parlament seçkilərində leyboristlərə rəhbərlik etmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Kir Starmer növbəti parlament seçkilərində leyboristlərə rəhbərlik etmək niyyətindədir


Böyük Britaniyanın Baş naziri Kir Starmer 2029-cu ildə keçiriləcək növbəti parlament seçkilərində Leyboristlər Partiyasına rəhbərlik etməyi planlaşdırır.

"Report" xəbər verir ki, o, bu barədə iki nazirin istefasından sonra BBC-yə müsahibəsində bildirib.

K.Starmer "bu, mənim istəyimdir" deyərək həmçinin partiyanın son seçkilərdəki uğursuz nəticələrindən sonra vəziyyəti dəyişdirməyin zəruriliyini də etiraf edib.

Baş nazir eyni zamanda vurğulayıb ki, partiyadakı vəzifəsini tərk etmək niyyətində deyil və ölkənin yeni bir partiyadaxili böhrana ehtiyacı olmadığını düşünür:

"Mən getmək niyyətində deyiləm. Düşünmürəm ki, Leyboristlər Partiyası ölkəni liderlik uğrunda mübarizə xaosuna sürükləməlidir. Əgər belə bir şey olarsa, mən mübarizə aparacağam. Bu, şəxsi şöhrətpərəstlik və ya inadkarlıqla bağlı deyil. Bu, dərin borc hissi ilə diktə olunub".

Ötən gün Böyük Britaniyanın müdafiə naziri Con Hili və silahlı qüvvələr naziri El Karns hökumətin müdafiə investisiyaları planında nəzərdə tutulmuş maliyyələşdirmənin həcmi ilə razılaşmadıqlarını əsas gətirərək istefa veriblər.

Oxşar xəbərlər

Starmer: Yaxın illərdə Baş nazir vəzifəsindən ayrılmaq niyyətində deyiləm
Starmer: İstefaya getməyəcəm, ölkəni yeni seçki xaosuna sürükləmək olmaz
Starmer leyboristlərin 2029-cu ilin parlament seçkilərində qalib gələ biləcəyini bildirib
Starmer istefa çağırışlarını rədd edib
Böyük Britaniya müdafiə xərclərini artıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər