Oman XİN: ABŞ-İran danışıqları logistik səbəblərə görə təxirə salınıb
ABŞ və İran nümayəndə heyətləri arasında mayın 3-nə planlaşdırılan danışıqlar logistik səbəblərə görə təxirə salınıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr bin Həməd əl Busaidi “X” sosial şəbəkəsində məlumat verib.
“Logistik səbəblərə görə ABŞ və İran arasında mayın 3-nə planlaşdırılan görüşü təxirə salırıq. Yeni tarix ümumi razılıq əldə edildikdən sonra elan olunacaq”, - o yazıb.
Daha əvvəl “Axios” nəşri üç məlumatlı mənbəyə istinadla Omanın vasitəçiliyi ilə Romada baş tutmalı olan ABŞ-İran danışıqlarının şənbə gününə planlaşdırılan dördüncü raundunin, çox güman, gələn həftəyə təxirə salınacağını bildirmişdi.
Nəşrin məlumatına görə, bununla əlaqədar İran və “Avropa üçlüyü” ölkələrinin (Böyük Britaniya, Fransa və Almaniya) nümayəndələri arasında cümə günü Romada keçirilməsi planlaşdırılan görüş də təxirə salına bilər.
Oxşar xəbərlər
Romada ABŞ-İran danışıqlarının dördüncü raundu baş tutmaya bilər
İran Almaniya, Böyük Britaniya və Fransa ilə Romada görüşə razılıq verib
ABŞ-İran danışıqlarının dördüncü raundu təxirə salınıb
İran “Avropa üçlüyü”nə nüvə proqramı ilə bağlı iclası Romada keçirməyi təklif edib
Uitkoff Romada ABŞ – İran danışıqlarından sonra Qrossi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












