Avropa Komissiyası Aİ-də qaz qiymətlərini müvəqqəti məhdudlaşdıra bilər
Brüssel Avropa İttifaqında (Aİ) son vaxtlar rekord həddə çatan qaz qiymətlərinin müvəqqəti məhdudlaşdırılması imkanını nəzərdən keçirir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Mənbələrin məlumatına görə, bu həftə Avropada təbii qaz qiymətləri iki ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb. Avropada qaz qiymətləri hazırda ABŞ-dəkindən təxminən üç-dörd dəfə yüksəkdir ki, bu da Avropa şirkətləri üçün ciddi maneələr yaradır.
Avropa Komissiyası martda təqdim ediləcək sənədin müzakirəsi çərçivəsində qiymətlərin məhdudlaşdırılması imkanını nəzərdən keçirir. Qəzetin məlumatına görə, Avropa müəssisələri ABŞ Prezidenti Donald Trampın ticarət tədbirləri də daxil olmaqla çoxsaylı problemlərlə üzləşirlər. Qiymətlərin məhdudlaşdırılması mexanizmləri ilə bağlı danışıqlar ilkin mərhələdədir.
Bundan əlavə, avropalı diplomatlardan birinin sözlərinə görə, bəzi Aİ-yə üzv ölkələr qiymət məhdudiyyətinin tətbiqi ilə bağlı qərarı "həvəssiz" qəbul edəcəklər. “Financial Times” xatırladır ki, Almaniya və Niderland əvvəlki məhdudlaşdırmaya qarşı çıxan ölkələr arasında idi.
Oxşar xəbərlər
Avropa Komissiyası Çinin elektromobillərin satışı üçün minimum qiymət təklifini rədd edib
Avropa İttifaqı ABŞ-nin təhdidlərini cavabsız qoymayacaq
Avropa Komissiyası Aİ ölkələrinə Rusiyaya qarşı sanksiyaları uzatmağı təklif edəcək
Aİ-nin Rusiyaya qarşı yeni sanksiya rejimi bir il qüvvədə olacaq
Avropa Komissiyası Aİ ölkələrinin hərbi ehtiyaclarına təxminən 400 milyard avro xərcləyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













