Deputat: Bəzi tədris platformalarında ailə dəyərlərinə zidd materiallar uşaqlara yönləndirilir
sizinxeber.az xəbər saytı

Deputat: Bəzi tədris platformalarında ailə dəyərlərinə zidd materiallar uşaqlara yönləndirilir


Dil öyrənmək üçün nəzərdə tutulmuş bəzi platformaların məzmununda uşaqlar üçün təhlükəli suallar və materiallar mövcuddur.

"Sizinxeber.az" xəbər verir ki, bunu deputat Azər Allahverənov Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə "Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması" mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qəribə və yönləndirici suallar vasitəsilə guya ingilis dili tədris edilir, lakin əxlaqa və ailə dəyərlərinə zidd məzmunlu tapşırıqlar uşaqlara yönləndirilir:

"Bu səbəbdən, ilk mərhələdə qanunvericilik bazası gücləndirilməli, ikinci mərhələdə icra mexanizmləri təkmilləşdirilməli, daha sonra isə maarifləndirmə məsələləri həll olunmalıdır".

Deputat qeyd edib ki, uşaqlarda yaranan aqressiv davranışların bir hissəsi də məhz bu sosial platformaların təsiri ilə bağlıdır:

"Kibercinayətkar qruplar "Mavi balina" kimi oyunlar vasitəsilə uşaqları öz təsir dairəsinə cəlb etməyə çalışırlar. Bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur. Uşaqlardan kriminal məqsədlər üçün istifadə etməyə çalışan şirkət və qruplar da var. Məlumatların oğurlanması, bank hesablarına çıxışın əldə edilməsi, uşaqların telefonları vasitəsilə bank kartlarına müdaxilə kimi hallar müşahidə olunur. Bu hallar artıq kifayət qədər ciddi həddə çatıb".

Azər Allahverənov ümumilikdə həm rəqəmsal savadlılığın artırılmasına, həm də müəyyən məhdudiyyətlərin tətbiqinə ciddi ehtiyac olduğunu bildirib.

Oxşar xəbərlər

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyində provayderlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır
Ramil İskəndərli: Sosial şəbəkələr uşaqlar üçün manipulyativ risklər yaradır
Deputat 3 yaşa qədər övladı olan valideynlərə güzəşt olunmasını təklif edib
Deputat: Azərbaycanda selektiv abortlar qismən azalıb
"Şagirdlərimizin gələcəyi təhlükədədir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər