Stubb: ABŞ-ın Qrenlandiyaya dair iddiaları ilə bağlı məsələdə həll yolu tapılıb
Finlandiya Prezidenti Aleksander Stubb ABŞ-ın Qrenlandiyaya dair iddiaları ilə bağlı məsələdə həll yolunun tapıldığını hesab edir.
O, İsverənin “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bildirib ki, ilin əvvəlində əsas məqsəd vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və mövcud vəziyyətdən çıxış yolu tapmaq olub.
“Mən hesab edirəm ki, buna nail olmuşuq”, – deyə Stubb vurğulayıb.
Onun sözlərinə görə, problemin həlli Qrenlandiya, Danimarka və ABŞ arasında üçtərəfli danışıqlar vasitəsilə və ya Arktikada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi yolu ilə mümkün ola bilər.
Finlandiya prezidenti qeyd edib ki, təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı müddəalar iyul ayında Ankarada keçiriləcək NATO sammitinin yekun sənədində əks oluna bilər.
Stubb əlavə edib ki, hazırda hər iki istiqamət üzrə iş aparılır.
Oxşar xəbərlər
Aleksander Stubb: Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənir
Finlandiya Prezidenti “İstəklilər koalisiyası”nın iclasında iştirakını təsdiqləyib
Finlandiya Prezidenti: ABŞ-ın NATO-dan çıxması ilə bağlı ciddi danışıqlar eşitməmişəm
Stubb: Finlandiya Ukraynanı uzaqmənzilli silahlarla təmin etməyə hazır deyil
ABŞ Arktikada təsirini artırmaq üçün Finlandiyadan buzqıran gəmilər almaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
Uilli Uolş: Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
-
FHN-in Sumqayıt Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
