SEPAH Oman sahillərində konteyner gəmisinə hücum edib
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində gəmi ilə bağlı növbəti insident barədə xəbər yayıb.
"Report"un mərkəzin bəyanatına istinadən verdiyi məlumata görə, Omandan 15 dəniz mili (28 km) şimal-şərqdə olan konteyner gəmisində baş verən insident barədə məlumat daxil olub.
Qurumun məlumatına əsasən, gəminin kapitanı bildirib ki, gəmiyə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kateri yaxınlaşıb, bundan sonra gəmiyə atəş açılıb ki, bu da kapitan körpüsünün ciddi zədələnməsinə səbəb olub.
Bununla belə, yanğın və ya ətraf mühitə zərər qeydə alınmayıb, bütün heyət təhlükəsizlikdədir, - deyə UKMTO əlavə edib.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endiriblər. Əməliyyat Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub, münaqişəyə Fars körfəzi ölkələrinin hamısı cəlb edilib ki, bu da Hörmüz boğazının bağlanmasına gətirib çıxarıb.
İran, ABŞ və onların müttəfiqləri 8 aprel 2026-cı il gecəsi atəşkəs barədə razılığa gəliblər, bu atəşkəsin müddəti 21-dən 22 aprelə keçən gecə başa çatıb.
Tərəflər Pakistanda münaqişənin həlli üzrə danışıqlar aparmağa cəhd ediblər, lakin 11-12 apreldə keçirilən birinci raund heç bir nəticə verməyib.
Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadası barədə bəyanat verib. Öz növbəsində, İran Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün Hörmüzun blokadası barədə bəyanat verib. Bölgədəki dinamik şəkildə dəyişən vəziyyət dünya enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
Oman sahillərində növbəti gəmi insidenti baş verib
BƏƏ sahillərində mərmi ilə vurulan gəmidə yanğın baş verib
İranın Kiş adasının cənubunda konteyner gəmisi hücuma məruz qalıb
İran SELEN konteyner gəmisini Hörmüz boğazına yerləşdirib
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
