Vens: ABŞ İsrailin etirazlarına baxmayaraq, İranla danışıqları davam etdirəcək
Vaşinqton İsrailin hansı mövqeni tutmasından asılı olmayaraq, bundan sonra da Tehranla razılaşmanın əldə olunmasına, o cümlədən nüvə proqramı məsələsinin həlli istiqamətində çalışmağa davam etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.
"Biz İranın nüvə proqramı probleminin uzunmüddətli həllinə nail olmağa qadirik. İsrail bunu bəyənə də bilər, bəyənməyə də, lakin biz prinsipial olaraq əminik ki, belə bir addım Birləşmiş Ştatların milli maraqlarına uyğundur. Buna görə də biz bu istiqamətdə işi dayandırmayacağıq", - o qeyd edib.
Vens diqqətə çatdırıb ki, Tehran tərəfindən Vaşinqtonla razılaşma şərtlərinin real şəkildə yerinə yetirilməsi onun nəticəliliyinin əsas göstəricilərindən biri olacaq.
"Hesab edirəm ki, prezidentin [ABŞ-nin, Donald Trampın] nöqteyi-nəzərindən, [razılaşmanın icrasının] verifikasiyası zəruridir. Şübhəsiz ki, sözügedən razılaşmanın uğuru barədə mühakimə yürütməyə imkan verən ən mühüm meyarlardan biri İran tərəfinin kağız üzərində qeyd edəcəkləri deyil, əldə olunmuş razılaşmanın tələblərinə faktiki olaraq əməl etməsidir. Hesab edirəm ki, bu, birinci dərəcəli əhəmiyyət kəsb edir", - ABŞ Vitse-prezidenti bildirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
Vens: Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək
Vens: ABŞ İrandakı məqsədlərinə çatıb
Vens: ABŞ İranla danışıqlarda müəyyən irəliləyiş görür
Vens İranla danışıqların nəticəsiz başa çatmasından sonra Pakistanı tərk edib
Vens: ABŞ İranın nüvə proqramını itki vermədən məhv edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
Moldova ərazisində PUA qalıqları aşkar edilib
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur
