Almaniya FCAS yeni nəsil təyyarə proqramını dayandırmaq qərarına gəlib
Berlin Paris ilə birgə həyata keçirilən gələcək nəsil "Future Combat Air System" (FCAS) döyüş təyyarəsinin hazırlanması proqramını dayandırmaq qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" Almaniya hökumətindəki mənbələrə istinadən yazıb.
Planlara əsasən, qırıcının yaradılması büdcəsi təxminən 100 milyard dollar təşkil etməli idi. Yeni təyyarə Fransanın "Rafale", eləcə də İspaniya və Almaniyanın silahlanmasında olan "Typhoon" təyyarələrini əvəz etmək üçün nəzərdə tutulmuşdu. Qırıcının hazırlanmasının başa çatdırılması və silahlanmaya qəbul edilməsi 2040-cı ilə qədər planlaşdırılırdı.
Layihə üzərində işlərin dayandırılması qərarı Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron tərəfindən qəbul edilib.
Bunun əvəzində Almaniya tərəfi Fransa və İspaniya ilə üçtərəfli əməkdaşlığı "Combat Cloud" layihəsi çərçivəsində davam etdirmək təşəbbüsü ilə çıxış edib. Bu sistem aviasiyanın, sensorların, radar komplekslərinin və pilotsuz uçuş aparatlarının vahid informasiya şəbəkəsinə inteqrasiyasını nəzərdə tutur.
Oxşar xəbərlər
Berlin Vaşinqtonu əvəzsiz hesab edir
Almaniya, Fransa və Britaniya XİN başçıları İsrailə səfər edəcəklər
Makron: Paris və Berlin Trampın hakimiyyətə gəlişi səbəbindən Aİ-nin suverenliyini gücləndirməlidir
Almaniya və Fransa Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazırdır
Merts və Makron Zelenski ilə Ukraynanın antikorrupsiya qanunvericiliyini müzakirə edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
Fransa döyüş əməliyyatlarının planlaşdırılması üçün ABŞ süni intellektinə alternativ hazırlayır
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Moldova ərazisində PUA qalıqları aşkar edilib
