UKMTO: Hörmüzdə dəniz təhlükəsizliyinə təhdid səviyyəsi kritik olaraq qalır
sizinxeber.az xəbər saytı

UKMTO: Hörmüzdə dəniz təhlükəsizliyinə təhdid səviyyəsi kritik olaraq qalır


Davam edən hərbi əməliyyatlar səbəbindən Hörmüz boğazında dəniz təhlükəsizliyinə təhdid səviyyəsi kritik olaraq qalır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdindəki Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında bildirilib.

UKMTO dənizçilərə Oman hakimiyyət orqanları ilə əlaqə saxlamağı tövsiyə edib.

Daha əvvəl UKMTO Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə sahillərindəki tankerin naməlum mərmilərlə vurulduğunu bildirmişdi.

"Bütün heyət təhlükəsizlikdədir. Ətraf mühitə təsir barədə məlumat verilmir", - məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Oman sahillərində növbəti gəmi insidenti baş verib
İranın Kiş adasının cənubunda konteyner gəmisi hücuma məruz qalıb
UKMTO: Xarici gəmilərə Hörmüz boğazından çıxmaq üçün güzəştli dövr verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər