Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi
Parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına sadiqliyini bir daha təsdiqləyən müraciətlə çıxış edib.
Sizinxeber.Az Report-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Paşinyanın sözlərinə görə, Ermənistan hökumətinin Türkiyə və Azərbaycanla bağlı mövqeyi dəyişməz olaraq qalır:
"Ermənistan xalqı sülh, regional rifah və regional əməkdaşlığa tərəfdardır. Ümid edirəm ki, bu, həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq".
Baş nazirin sözlərinə görə, Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional səviyyədə möhkəmləndirilməsidir. Azərbaycanla münasibətlərdən danışan Paşinyan xatırladıb ki, tərəflər artıq sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəliblər və indi onu imzalamağa keçməlidirlər:
"Azərbaycana gəldikdə, bilirsiniz ki, bizim əvvəlcədən razılaşdırılmış sülh müqaviləmiz var. Biz onu imzalamalıyıq".
Paşinyan Ermənistan-Türkiyə münasibətlərinə də toxunub. O qeyd edib ki, İrəvan normallaşma prosesində və iki ölkə arasında dövlət sərhədinin açılmasında daha da irəliləyiş gözləyir.
Hökumət başçısı nəqliyyat sektorundakı son addımları da yüksək qiymətləndirib və Axalkalaki-Qars dəmir yolu marşrutunun Ermənistan yükləri üçün açılması qərarına görə minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır
Paşinyan Fransa XİN başçısı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Paşinyan: Azərbaycanla sülh sazişindən sonra sahəvi əməkdaşlığa dair sənədlər imzalanmalıdır
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
"Şamaxı" klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
-
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların vəziyyəti yaxşıdır
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
