Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
Böyük Britaniya süni intellekt tapşırıqları üçün superkompüterin yaradılmasına 750 milyon funt sterlinq (1 milyard dollar) yönəldəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Elm, İnnovasiyalar və Texnologiyalar Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, 2030-cu ildə istismara verildikdən sonra bu, dünyanın ən qabaqcıl sistemlərindən biri olacaq. Onda sınaqdan keçirilmiş və perspektivli prosessorlar, eləcə də ən yeni mikrosxemlər birləşdiriləcək ki, bu da mürəkkəb tapşırıqları ənənəvi superkompüterlərə nisbətən daha səmərəli yerinə yetirməyə imkan verəcək.
Vəsaitin yarısından çoxunun - 400 milyon funt sterlinqinin superkompüterin növbəti nəsil çiplərlə təchiz edilməsinə yönəldilməsi planlaşdırılır. İlk 150 milyon funt sterlinq artıq bu yay ayrılacaq.
Yaxın vaxtlarda bu yüksək güclü hesablama sisteminin yaradılması üçün tender elan ediləcək. Superkompüter Edinburq Universitetinin bazasında yaradılan mərkəzdə yerləşdiriləcək və o, "Isambard-AI", DAWN və "Zenith" hesablama mərkəzləri ilə birlikdə Britaniyanın süni intellekt inkişaf proqramının ümumi infrastrukturuna inteqrasiya ediləcək.
Bu zaman prioritet Böyük Britaniyada hazırlanmış çiplərin istifadəsinə veriləcək. Nazirlikdən vurğulanıb ki, sistem tədqiqatçıların, startapların və dövlət xidmətlərinin ölkədə süni intellektin inkişafı və təhlükəsiz tətbiqi üçün hesablama güclərinə çıxışının təmin edilməsi məqsədilə yaradılır.
Oxşar xəbərlər
Britaniya süni intellekt superkompüterinin hazırlanmasına 1 milyard dollar ayıracaq
Ukrayna Britaniyadan təxminən 1 milyard dollar alıb
Britaniya Müdafiə Nazirliyi süni intellekt və haker bölmələrinə 1,35 milyard dollar xərcləyəcək
Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt sterlinq hərbi yardım ayıracaq - YENİLƏNİB
Böyük Britaniya Ukraynaya 150 milyon funt-sterlinqlik hərbi yardım ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
