İran HDQ Hörmüz boğazı ərazisində iki gəmini saxlayıb
İranın Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazı ərazisində iki gəmini saxlayıb.
"Report" xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Hər iki gəmi icazə olmadan hərəkət edərək gəmiçiliyə təhlükə yaradıb. Saxlanıldıqdan sonra onlar İran sahillərinə yönldiliblər.
Hadisə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) Hörmüz boğazı ərazisində SEPAH qüvvələri tərəfindən gəmilərin atəşə tutulması ilə bağlı iki hal barədə məlumatları fonunda baş verib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endiriblər. Əməliyyat Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub, münaqişəyə bütün Fars körfəzi ölkələri cəlb edilib, bu da eyni zamanda Hörmüz boğazının blokadaya alınmasına gətirib çıxarıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə atəşkəs haqqında razılığa gəliblər, bu atəşkəsin müddəti aprelin 21-dən 22-nə keçən gecə başa çatıb. Tərəflər Pakistanda münaqişənin nizamlanması üzrə danışıqlar keçirməyə çalışıblar, lakin aprelin 11-12-də keçirilən birinci raund heç bir nəticə verməyib.
Tehrana təzyiq vasitəsi olaraq ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadası barədə bəyanat verib. Öz növbəsində İran Hörmüzun artıq Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün blokadaya alındığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət dünya enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
İran Hörmüz boğazından keçən gəmiyə yenidən hücum edib – YENİLƏNİB
ABŞ İranla əlaqəli "Tifani" tankerini saxlayıb
SEPAH Oman sahillərində konteyner gəmisinə hücum edib
"Axios": Tramp İranla atəşkəs rejiminə yalnız həftənin sonuna qədər razıdır
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
