Əli Məsimli: "Aqrar sığortaya əlavə vəsaitlər ayrılmalıdır"
sizinxeber.az xəbər saytı

Əli Məsimli: "Aqrar sığortaya əlavə vəsaitlər ayrılmalıdır"


Azərbaycanda fermerlərə dəymiş ziyanın ödənilməsi üçün aqrar sığortaya əlavə vəsaitlərin ayrılması vacibdir.

"Report" xəbər verir ki, bunu deputat Əli Məsimli bu gün keçirilən Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bildirib.

Onun sözlərinə görə, intensiv yağışlar həm Bakıda, həm də regionlarda bir sıra fəsadlar yaradıb: "May ayında da intensiv yağışlar Şəki-Zaqatala zonasından, o cümlədən Şəkidə və Qaxda da xeyli dərəcədə fəsadlar yaradıb, təsərrüfatlara xeyli ziyan vurub, həm fındıq, həm taxıl sahələrində, həm də tərəvəz məhsullarını yararsız hala salıb. Bu istiqamətdə Aqrar Sığorta Fondu çox müsbət işlər görür və bunu müsbət qiymətləndirmək lazımdır. Amma dəyən ziyanın məbləğ ilə, onun ölçüləri ilə aqrar sığortanın maliyyə imkanlarını ölçəndə, əlavə bu istiqamətdə dəstəyin olması da çox vacibdir. Ona görə də aqrar sığortanın vəsaitindən başqa, əlavə vəsaitlərin də sığorta mexanizmi vasitəsilə ayrılmasını vacib hesab edirəm".

Deputat əlavə edib ki, yerli strukturların da bu istiqamətdə gördüyü işi müsbət qiymətləndirir: "Amma məsələ bundadır ki, yerli strukturlar problemin həlli istiqamətində vacib addımlar atırlar, amma növbəti həftədə yenə də intensiv yağışlar yağanda həmin problemlər təkrar olunur. Məsələn, körpünün uçması və sair kimi hadisələr. Əgər yerli strukturlar gücündə olan məsələləri yerli strukturlar həll edirsə, bu çox müsbətdir, amma körpülərin uçması və sair hamısı mərkəzləşdirilmiş qaydada, vəsaitlərin ayrılmasını tələb edir".

Oxşar xəbərlər

Naxçıvanda fermerlərə dəymiş ziyan Aqrar Sığorta Fondu tərəfindən ödəniləcək
Azərbaycanda aqrar sığorta ödənişləri 46 %-ə yaxın artıb
Aqrar Sığorta Fondu: Bu il Azərbaycanda fermerlərə dəymiş zərər 50-70 % arta bilər
Azərbaycanda dövlət xətti ilə aqrar sığorta ödənişi 15 milyon manata çatıb
Aqrar Sığorta Fondu sığortaçı seçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər