Berlin Vaşinqtonu əvəzsiz hesab edir
sizinxeber.az xəbər saytı

Berlin Vaşinqtonu əvəzsiz hesab edir


Almaniyanın xarici işlər naziri Yohan Vadeful qarşıdakı illərdə ABŞ-nin nüvə çətirinin əvəzedicisini tapmaq mümkün olmayacağını bildirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə nazir "Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzetinə müsahibəsində deyib.

"Yaxın gələcəkdə Amerikanın nüvə çətirini əvəz etmək mümkün deyil və mənim fikrimcə, arzuolunmazdır", - deyə o əlavə edib.

Mart ayında Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron iki ölkə arasında nüvə silahlarından çəkindirmə sahəsində əməkdaşlığı dərinləşdirməyi öhdələrinə götürən birgə bəyannamə imzalayıblar.

Sənəddə qeyd olunub ki, tərəflər bu il ilk konkret addımları atmaq barədə razılığa gəliblər. Bu addımlara Almaniyanın ənənəvi qüvvələrinin Fransanın nüvə təlimlərində iştirakı və strateji obyektlərə birgə səfərlər, eləcə də Avropa tərəfdaşları ilə birgə ənənəvi silahların hazırlanması daxildir.

Oxşar xəbərlər

Baş nazir: Fransanın nüvə arsenalı və Avropa çətirini təmin etmək qabiliyyəti çox zəifdir
Böyük Britaniya və Fransa nüvə sahəsində bəyannamə imzalayacaq
Makron və Starmer nüvə çəkindirməsi üzrə koordinasiya haqqında bəyannamə imzalayıb
Kansler Almaniyanın nüvə silahına malik olmasının qəti əleyhinədir
Danimarkanın Baş naziri ölkənin Fransanın nüvə qüvvələri tərəfindən müdafiəsi imkanlarını istisna etmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər