Agentlik: Azərbaycanın regionlarda yeni təlim proqramlarına start verilib
Azərbaycanda rəqəmsal savadlılığın artırılması üçün regionlarda yeni təlim proqramlarına start verilib.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin Rəhbəri Şahmar Hacıyəhyayev Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
"Digital literacy" adlı bəzi proqramlar tətbiq etməkdəyik. Burda söhbət təkcə kibertəhlükəsizlikdən və yaxud süni intellektdən getmir. Məsələn, elə bir qurumun əməkdaşı var ki, işlədiyi müddətdə düzgün "PowerPoint" slaydını hazırlaya bilmir və yaxud elektron sənəd dövriyyəsində məlumatları düzgün daxil edə bilmir. Bunun üçün biz nə etmişik? Bu il çərçivəsində kibertəhlükəsizliklə həmin platformanı birləşdirdik. LMS platformasından istifadə etməklə bütün rayonlarda İcra Hakimiyyəti qurumları başda olmaqla, artıq rayon və regionlarda rəqəmsal savadlılığın artırılması üçün müxtəlif proqramlara başlamışıq. Burada nəinki dövlət qurumlarının əməkdaşları, eyni zamanda vətəndaşlara yönəlik də seqmentləşmə yaratmağa çalışırıq ki, müxtəlif qruplar üzrə bu proqramları tətbiq edək", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Agentlik rəsmisi: "Rəqəmsal transformasiyanın mərkəzində insan kapitalı dayanır"
AMB: Süni intellektdən istifadə zamanı fərdi məlumatların bulud sistemlərinə ötürülməsi risk yaradır
İRİA: İndiyə qədər 30 milyondan çox məlumat dürüstləşdirilib
Rəşad Nəbiyev: "Azərbaycanda universitetlərin 70 %-də süni intellekt tədris olunacaq"
Dunay Bədirxanov: "Aqrar sektorda rəqəmsal transformasiya üçün süni intellekt alətləri vacibdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
-
İspaniyada Konqo ilə yoldaşlıq oyunu ləğv edilib
