Azərbaycan avarçəkənləri Uralsk reqatasını medallarla başa vurublar
sizinxeber.az xəbər saytı

Azərbaycan avarçəkənləri Uralsk reqatasını medallarla başa vurublar


Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanın Uralsk şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq reqatanı uğurla başa vurub.

"Sizinxeber.az" xəbər verir ki, yarışa 4 nəfərlik heyətlə yollanan komandanın bütün üzvləri medal qazanıb.

İkinəfərlik kanoe qayığında mübarizə aparan Vaqif Mustafazadə və Fəxri Sadıqlı 200 metr məsafəyə yürüşdə 3-cü yeri tutublar.

İkinəfərlik kayak qayığında Sənan Cəfərzadə - Tahir Mövsümov cütlüyü 500 metr məsafədə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Sənan və Tahir 200 metr məsafəyə yarışda gümüş medala layiq görülüblər.

Oxşar xəbərlər

Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanda 14 medal qazanıblar
Azərbaycan avarçəkənləri "Bratislava Reqatası”nda daha bir qızıl medal qazanıb
Azərbaycan "Prezident Kuboku 2026" beynəlxalq reqatasını 9 medalla başa vurub
Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə 3 medal qazanıblar
"Prezident Kuboku 2026": Azərbaycan idmançıları daha bir medal qazanıblar - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər