Serbiyada "Platin canavar 26" təlimləri başlayıb
ABŞ-nin Avropa Komandanlığının dəstəyi ilə Serbiyanın cənubunda Azərbaycan, Bosniya və Herseqovina və NATO-nun bir neçə ölkəsindən hərbi kontingentin iştirak etdiyi "Platin canavar 26" çoxmillətli taktiki təlimi başlayıb.
"Report" xəbər verir ki, bu barədə Serbiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, 550 hərbçinin iştirakı ilə manevrlər iyunun 13-dək davam edəcək. Təlimlər Buyanovac şəhəri yaxınlığında keçirilir və Serbiya, ABŞ, Azərbaycan, Bosniya və Herseqovina, Yunanıstan, Böyük Britaniya, Macarıstan, İtaliya, Rumıniya, Şimali Makedoniya və Monteneqrodan olan hərbçilər iştirak edir.
İştirakçılar sülhməramlı əməliyyatlar zamanı qarşılıqlı əməkdaşlığı təcrübədən keçirirlər.
"Platin canavar" təlimləri Serbiyada 2014-cü ildən keçirilir. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, Serbiya Silahlı Qüvvələrinin beynəlxalq tərəfdaşlarla əməkdaşlığa və sülhün və sabitliyin qorunmasına sadiqliyini nümayiş etdirir. Manevrlər əvvəllər beynəlxalq təlimlərə qoyulan moratorium səbəbindən fasilədən sonra 2023-cü ildə yenidən başlayıb.
Oxşar xəbərlər
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Gürcüstanda 13 günlük çoxmillətli NATO təlimləri başa çatıb
Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" çərçivəsində bir çox silah və texnikadan ilk dəfə istifadə ediblər
Yaponiya və ABŞ 45 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb
Marko Curiç: Serbiya Avropa İttifaqına üzvlüyə sadiqdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

