SOCAR "Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi"ndə öz stendi ilə təmsil olunur
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Bakı Enerji Həftəsi" çərçivəsində təşkil olunan tədbirlərdə fəal iştirak edir.
"Report" SOCAR-a istinadən xəbər verir ki, SOCAR-ın "baş tərəfdaş"ı olduğu "Bakı Enerji Həftəsi" bu gün regionda və qlobal miqyasda enerji təhlükəsizliyinə, dayanıqlı tərəqqiyə, səmərəli əməkdaşlığa töhfə verən mühüm platforma kimi böyük nüfuz qazanıb.
SOCAR bu il "Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi"ndə "Etibarlı Tərəfdaş, Güvənli Enerji Təchizatı" ideyası əsasında hazırlanan stend ilə təmsil olunur.
Ən son texnoloji həllər tətbiq olunmaqla hazırlanan stenddə SOCAR-ın ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, beynəlxalq fəaliyyət coğrafiyası, innovasiya və rəqəmsallaşma gündəliyi, eləcə də dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumatlar yer alıb.
Belə ki, stendin "Milli enerjinin gücü" bölməsində "Şahdəniz", "Azəri-Çıraq-Günəşli", "Neft Daşları", "Bulla-dəniz", "Abşeron", "Ümid" kimi yataqlar, Heydər Əliyev adına Neft Emalı Zavodu, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri, İğdır–Naxçıvan qaz kəməri, Naxçıvan Yeni İstilik Elektrik Stansiyası və bərpaolunan enerji layihələri ilə bağlı ətraflı informasiyalar təqdim olunur.
Ziyarətçilər stendin "İnnovasiya, rəqəmsallaşma və qlobal fəaliyyət" bölməsində şirkətin rəqəmsal transformasiya üzrə nailiyyətləri, "SOCAR Karbamid", "Petkim", STAR, "Italiana Petroli" müəssisələri, eləcə də "Tamar", "Baleine", "Üstyurt" və digər beynəlxalq layihələri, SOCAR-ın yanacaqdoldurma stansiyaları şəbəkəsi barədə məlumatlarla tanış ola bilərlər.
"Dayanıqlı gələcək və ətraf mühitin mühafizəsi" bölməsində isə Bakı Ali Neft Məktəbi, Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi, xarici universitetlərlə əməkdaşlıq, tədqiqat və inkişaf təşəbbüsləri, insan kapitalına yönəlmiş digər layihələr, həmçinin geotermal enerji, metan emissiyalarının azaldılması layihələri barədə informasiyalar təqdim olunur.
SOCAR, eyni zamanda, enerji sektorunun müxtəlif sahələri üzrə fəal müzakirələrin aparıldığı "Bakı Enerji Forumu"nun işində də yaxından iştirak edir.
Oxşar xəbərlər
SOCAR “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edir
SOCAR “ExxonMobil Corporation” ilə Anlaşma Memorandumu imzalayıb
SOCAR: Bakı Enerji Həftəsində vacib sənədlərin imzalanması gözlənilir
“SOCAR Green” Azərbaycanda ən böyük IPP olmaq istəyir
SOCAR ənənəvi neft-qaz şirkətindən enerji şirkətinə transformasiya edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı
-
Overçuk: Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq
-
Pezeşkian istefa verib? - Hökumətdən açıqlama
