NATO-nun Hərbi Komitəsinin sədri: Alyansın planlarını həyata keçirmək üçün hazırkı resurslar kifayət etmir
sizinxeber.az xəbər saytı

NATO-nun Hərbi Komitəsinin sədri: Alyansın planlarını həyata keçirmək üçün hazırkı resurslar kifayət etmir


NATO ölkələrinin Baş Qərargah rəisləri hesab edirlər ki, alyansın hərbi planlarını reallaşdırmaq üçün mövcud hərbi imkanlar və müdafiə xərcləri kifayət etmir.

Sizinxeber.az xəbər verir ki, bu barədə NATO-nun Hərbi Komitəsinin sədri admiral Kavo Draqone alyansın Baş Qərargah rəislərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Hərbçilərin fikrincə, ÜDM-in 2%-i həcmində müdafiə büdcəsi mövcud məqsədlər üçün yetərli deyil.

"Biz konkret rəqəmlər barədə müzakirə aparmamışıq. Baş Qərargah rəisləri hərbi büdcələrin icraçılarıdır. Onlar təhdidləri müəyyən edir və hərbi planları təsdiqləyirlər. Bu əsasda ehtiyac duyulan əlavə imkanları müəyyən edirik. Bu, 3, 4 və ya 5 faiz olacaq ya yox, amma dəqiq olan odur ki, 2% kifayət deyil. Hazırda malik olduqlarımız yetərli deyil", – deyə Draqone bildirib.

Oxşar xəbərlər

Azərbaycanın Baş Qərargah rəisi Brüsseldə görüşlər keçirib
NATO Baş Qərargah rəislərinin görüşü gələn il yanvarın 15-16-da keçiriləcək
NATO nümayəndə heyəti ilə görüş keçirilib
NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır
Praqada NATO-nun Hərbi Komitəsinin iclası keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle