Emmanuel Makron Azərbaycanla münasibətlərin normallaşdırılması yolunda işləmək niyyətini təsdiqləyib
Fransa Prezidenti Emmanuel Makron Azərbaycanla münasibətlərin normallaşdırılması yolunda işləmək niyyətini bir daha bildirib.
"Report"un məlumatına görə, Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda Fransa lideri xatırladıb ki, ötən il oktyabrın 2-də Kopenhagendə görüşdən və bu il mayın 21-də son telefon danışığından sonra, - istər regional məsələlər üzrə dialoq, istərsə də iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq olsun, - bütün sahələrdə ikitərəfli münasibətlərin tam potensialından istifadə etmək üçün onları normallaşdırmaq istiqamətində işləməyə davam etmək niyyətini bir daha bildirmək istəyir.
"Ümid edirəm ki, tərəfdaşlıq ruhunda ikitərəfli münasibətlərimizin inkişafına mane olan son çətinliklərin öhdəsindən gələ biləcəyik", - E.Makron yazıb.
Oxşar xəbərlər
Emmanuel Makron İlham Əliyevi təbrik edib
Makron: Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstəyimi bir daha bəyan edirəm
İlham Əliyevin Kopenhagendə Fransa prezidenti ilə görüşü olub
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Makron sonadək vəzifəsindən əl çəkməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
