Nazir müavini: Zəngəzur dəhlizi Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrutu olacaq
“Azərbaycan ölkənin ərazi bütövlüyünü təmin etdikdən sonra Zəngəzur dəhlizinin açılacağı təqdirdə Avrasiya logistikasında əsas oyunçuya çevrilir”.
Sizinxeber.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat “ mövzusunda keçirilən paneldə deyib.
Nazir müavini bildirib ki, Zəngəzur dəhlizi Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrutu olacaq: “Azərbaycan strateji infrastruktura sərmayə qoymaqla yerləşdiyi nəqliyyat marşrutlarının transformasiyasında mühüm addımlar atır. Buna nümunə olaraq qeyd edim ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi 2019-2023-cü illərdə 5,7 milyon tondan 13,4 milyon tona yüksəlib. Azərbaycan tərəfdaşları ilə birlikdə Orta Dəhliz boyu "yaşıl transformasiya" təşəbbüslərinə sadiqdir".
Oxşar xəbərlər
Nazir müavini: "Zəngəzur dəhlizi təhlükəsiz tranzit marşrut rolu oynayacaq"
Gələn ay Azərbaycana 160 elektrik mühərrikli avtobus gətiriləcək
Azərbaycan ərazisindən keçən dəhlizlərdə daşınan yüklərin həcmi artıb
Nəqliyyat dəhlizlərində yük daşınmasından əldə olunan gəlirlər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
