Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
sizinxeber.az xəbər saytı

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək


Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçiriləcək.

Sizinxeber.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat Qülləsinin qarşısında təşkil olunacaq.

Tanınmış müğənnilərin və yaradıcı kollektivlərin iştirakı ilə paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına Dənizkənarı Milli Parkda rəngarəng musiqi proqramı təqdim ediləcək.

Bayram konserti atəşfəşanlıqla yekunlaşacaq.

Oxşar xəbərlər

Dənizkənarı Milli Parkda bayram konserti nəzərdə tutulmayıb
Nizami rayonunda bayram konserti keçirilib
Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert atəşfəşanlıqla davam edib - FOTO - VİDEO - YENİLƏNİB
Gəncədə Zəfər Günü ilə bağlı konsert və atəşfəşanlıq olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər