Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun – Milli Qurtuluş Günündə konsert proqramı təqdim ediləcək.
"Sizinxeber.az" xəbər verir ki, Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək tədbirə giriş sərbəst olacaq.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 32-ci ildönümü münasibətilə keçirilən konsertdə populyar müğənnilər və kollektivlər çıxış edəcək. Azərbaycanın tanınmış estrada ulduzlarının, sevilən muğam, aşıq və milli mahnılarımızın ifaçılarının iştirak edəcəyi konsert “Natiq” ritm qrupunun ifasında “Qarabağ ritmləri” ilə başlayacaq.
Daha sonra Alim Qasımov, Dilarə Kazımova, EMİN, Faiq Ağayev, Fərqanə Qasımova, İlhamə Qasımova, İradə İbrahimova, Lalə Məmmədova, Manana, Nigar Camal və Eldar, Röya, Sevda Ələkbərzadə, Səbinə Babayeva, Tünzalə Ağayeva və digər tanınmış incəsənət ustaları çıxış edəcək.
Eləcə də Heydər Əliyev Mərkəzinin binası bayram münasibətilə Azərbaycan bayrağı ilə işıqlandırılacaq.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı” bağlanış konserti olacaq
Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı keçirilir
Naxçıvanda Zəfər Gününə həsr olunan konsert baş tutub - FOTO
Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olacaq
Gəncədə Zəfər Günü ilə bağlı konsert və atəşfəşanlıq olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












