Azərbaycan və gürcü aktyorları Gəncədə bir səhnəni bölüşüblər
Gəncə Dövlət Milli Dram Teatrında gürcü yazarı N.Dumbadzenin "Kukaraça" tamaşasının premyerası olub.
Mədəniyyət Nazirliyindən “Sizinxeber.az”a bildirilib ki, Gürcüstanın Ozurgeti Milli Dram Teatrı ilə birgə layihə çərçivəsində ərsəyə gələn tamaşada Azərbaycan və gürcü aktyorları eyni səhnəni bölüşüblər.
Layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, koordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərovdur.
Tamaşanın quruluşçu rejissoru Gürcüstanın Əməkdar incəsənət xadimi, Ozurgeti Milli Dram Teatrının bədii rəhbəri və direktoru Vasili Ciqoqidze, quruluşçu rəssamı Rustavi teatrının baş rəssamı Lomqul Murusidze, rəssamı Mirzə Mehdi, xoreoqrafı Zeynəb Hüseynovadır.
Tamaşanın növbəti premyerası iyunun 7-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olacaq.
Oxşar xəbərlər
Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası keçirilib
"İblis və..." tamaşasının premyerası Sankt-Peterburqda olacaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatra yeni direktor təyin olunub
Qırğızıstan Milli Akademik Dram Teatrı "Dədə Qorqud" tamaşası ilə Bakıda çıxış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
