Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası keçirilib

Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası keçirilib

3-4 sentyabr tarixlərində Sankt-Peterburqda - Aleksandrinski Teatrında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının "İblis və..." tamaşasının premyerası keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, tamaşanın nümayişindən əvvəl hər iki teatrın rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib, Akademik Milli Dram Teatrının eskiz və fotolarından ibarət sərgi nümayiş olunub, Aleksandrinski Teatrına xatirə hədiyyəsi təqdim olunub.

Sərgidə teatrın tarixi, yerləşdiyi binanın özəlliyi, məşhur rejissorları, aktyorları, teatr hadisələrinə çevrilmiş tamaşaları öz əksini tapır.

Mətbuat konfransında çıxış edən Aleksandrinski Teatrının prezidenti, Xalq artisti Valeri Fokin, Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov, Aleksandrinski Teatrının direktoru Aleksandr Maliç, Bədii rəhbəri Nikita Kobelev "İblis və..." tamaşasının premyerasının Aleksandrinski Beynəlxalq Teatr Festivalı çərçivəsində keçirilməsini yüksək qiymətləndirib, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.

Daha sonra tamaşa nümayiş olunub. Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.

Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.

Tamaşada Əməkdar artistlər Ayşad Məmmədov və Anar Heybətov (İblis), Elnar Qarayev (İblisin varisi-1), Elşən Cəbrayılov (İblisin varisi-2), aktyorlar Ziya Ağa (Arif), Elsevər Rəhimov (Vasif), Əməkdar artist Vəfa Rzayeva (Rəna), aktyor Elçin Əfəndi (İbn Yəmin), əməkdar artist Elşən Rüstəmov (Elxan), Xalq artisti Kazım Abdullayev (İxtiyar şeyx), aktyorlar Lalə Süleymanova (Xavər), Vüsal Mustafayev (Vasifin dostu), Elçin Nurəliyev (Çavuş, Haydut) və Tural İbrahimov (Kanuni, Haydut) iştirak edirlər.

Qeyd edək ki, bu, Azərbaycan teatr tarixində Aleksandrinski Teatrında premyerası keçirilən ilk tamaşadır. Tamaşa 4-5-6 oktyabr tarixlərində Akademik Milli Dram Teatrında tamaşaçılara təqdim olunacaq.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !