Onlar 5 min manat cərimə ediləcək
sizinxeber.az xəbər saytı

Onlar 5 min manat cərimə ediləcək


Barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumat verənlər cərimələnəcək.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 253-1.5-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə ediləcək.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik “Yaşıllıqların mühafizəsi haqqında” qanunda çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlarda kolların kəsilməsinə görə müəyyənləşəcək yeni qayda ilə bağlıdır. Kolların kəsilməsi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilməlidir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Kolların kəsilməsi barədə yalan məlumat verənlər cərimələnəcək
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşir
Kənd təsərrüfatı torpaqlarında yaşıllıqların götürülməsinə dair dəyişiklik ilk oxunuşda qəbul olunub
Kənd təsərrüfatı torpaqlarında yaşıllıqların götürülməsinə dair dəyişiklik üçüncü oxunuşda qəbul olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər