Laçın Şəhəri Günü münasibətilə ustad dərsləri keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Laçın Şəhəri Günü münasibətilə ustad dərsləri keçirilib - FOTO


“Laçın Şəhəri Günü” rəngarəng tədbirlərlə davam edir. Bayram şöləni çərçivəsində şəhərdəki seyrəngahda xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olunub.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, ustad dərslərində şəbəkə, həsirçilik, keramika, misgərlik və s. sahələr üzrə məlumat verilib, onların bir çoxunun hazırlanması prosesi əyani nümayiş etdirilib.

Daha sonra “Qoçdaş” interaktiv sərgisi təşkil edilib. Müstəqil “Oyuq” uşaq teatrı tərəfindən milli nağıl qəhrəmanlarımız əsasında səhnəciklər göstərilib, Azərbaycanın uşaq kinematoqrafik nümunələrindən ibarət konsert proqramı keçirilib.

Bundan başqa, Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında “Qırmızıpapaq” tamaşası nümayiş olunub. Yevgeni Şvartsın eyniadlı əsərinin motivləri əsasında hazırlanan tamaşaya rejissor, Əməkdar artist Loğman Kərimov quruluş verib. Tamaşanın musiqi tərtibatçısı Azad Məmmədov, quruluşçu rəssamı Valeh Məmmədovdur.

Səhnə əsərində rolları Sürahi Əliməmmədova, Püstəxanım Zeynalova, Aybəniz Cahangirova, Nihat Heybətov, Orxan Abışov, Cavid Cavadzadə ifa edirlər.

“Qırmızıpapaq” tamaşası doğma yurda qayıtmış laçınlı uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Laçın Şəhəri Günü Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə keçirilir.

Oxşar xəbərlər

Füzulidə məktəblilərin yay düşərgəsi təşkil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində “Füzulidə yay məktəbi”nin açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Final çay” “Füzulidə yay məktəbi” layihəsinə dəstək olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəhid övladları üçün keçirilən “Təhsil” yay düşərgəsi başa çatıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər