Füzulidə məktəblilərin yay düşərgəsi təşkil olunacaq
15-20 avqust tarixlərində Füzuli şəhərinin məktəbliləri üçün yay düşərgəsi təşkil olunacaq.
APA xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə həyata keçiriləcək.
Qazaxıstan Respublikası tərəfindən tikilib istifadəyə verilən Kurmanqazi adına Uşaq yaradıcılıq mərkəzində keçiriləcək düşərgənin məqsədi yay tətili müddətində doğma yurda qayıtmış Füzuli məktəblilərinin asudə vaxtının maraqlı və əyləncəli təşkilidir.
“Füzulidə yay məktəbi” adlı layihədə Özbəkistan Respublikası Prezidentinin hədiyyəsi olan Uluqbəy adına 1 nömrəli tam orta məktəbin şagirdləri də iştirak edəcək. Yay məktəbi çərçivəsində 200-dək şagird maraqlı proqramla vaxtlarını səmərəli keçirə biləcək. Aksiya müddətində tanınmış təhsil, sənət, idman xadimləri müxtəlif təqdimatlarla çıxışlar edəcək, əyləncəli məzmunlu proqram təşkil olunacaq.
Yay məktəbinin ikinci günündə Qarabağ bölgəsi musiqi məktəblərinin şagirdləri Əməkdar artist, xanəndə Təyyar Bayramovun müşayiəti ilə “Qarabağ bülbülləri" Füzulidə” adlı konsert proqramı ilə çıxış edəcəklər.
Digər günlərdə Xalq artistləri - opera müğənnisi Samir Cəfərov və aktyor Vidadi Həsənov, yazar, ədəbiyyatşünas Ramil Əhmədin müvafiq sahələr üzrə ustad dərsləri təşkil olunacaq.
Yay məktəbi müddətində şagirdlərin valideynləri ilə müxtəlif məkanlarda görüşlərin keçirilməsi, məsləhət saatlarının təşkili, eləcə də açıq məkanda əyləncəli yarışmaların keçirilməsi nəzərdə tutulur.
“Sirab” və “Azərçay” şirkətləri də layihəyə dəstək verəcək.
Oxşar xəbərlər
Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzulidə növbəti əmək yarmarkası təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistan Prezidenti: Füzulidə məktəbin açılışında iştirakımız münasibətlərimizdə parlaq iz buraxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kino Günü qeyd olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Ordusunun zabiti özünü güllələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












