Şəhid övladları üçün keçirilən “Təhsil” yay düşərgəsi başa çatıb - FOTO
sizinxeber.az xəbər saytı

Şəhid övladları üçün keçirilən “Təhsil” yay düşərgəsi başa çatıb - FOTO


Avqustun 24-də Elm və Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları üçün keçirilən “Təhsil” yay düşərgəsinin bağlanış mərasimi olub.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatçı qurumların nümayəndələri yay düşərgəsinin uşaqlarda dostluq münasibətlərinin formalaşması, milli-mənəvi dəyərlərin mənimsənilməsi baxımından böyük rol oynadığını, intellektual, əyləncəli proqramların, idman məşqlərinin məktəblilərin yay tətilini daha səmərəli keçirmələrində xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbirin sonunda “Təhsil” yay düşərgəsinin içtirakçılarına sertifikat və hədiyyələr təqdim olunub, xatirə fotoşəkli çəkdirilib.

Qeyd edək ki, yay düşərgəsinə ölkənin şəhər və rayonları, o cümlədən Naxçıvan Muxtar Respublikasından 45 məktəbli cəlb olunub.

“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunan düşərgədə uşaqlar üçün ustad dərsləri, intellektual oyunlar, idman yarışları, viktorinalar, konsert və digər əyləncəli proqramlar təşkil olunub. Həftə ərzində məktəblilər tanınmış aktyor, yazıçı, idmançılarla görüşüblər, eləcə də onların muzey, kinoteatr və STEAM İnnovasiya Mərkəzinə səfərləri təşkil olunub.

Yay düşərgəsinin təşkilində məqsəd məktəblilərin fiziki və mənəvi inkişafını təmin etmək, onların asudə vaxtlarını maraqlı və əyləncəli keçirmələrinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, uşaqlara yeni bacarıqlar aşılamaqdır.

Oxşar xəbərlər

Şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzulidə məktəblilərin yay düşərgəsi təşkil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bakcell”in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNEC-in “Açıq qapı” günlərində 800-dən çox abituriyent iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulunun müddəti uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər