Tramp senata Todd Blanşı baş prokuror vəzifəsinə təsdiqləməyi təklif edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
07:30
0
0
1 035
ff aaaaaaa

Tramp senata Todd Blanşı baş prokuror vəzifəsinə təsdiqləməyi təklif edib

09 in, 2026
07:30
1 035

Tramp senata Todd Blanşı baş prokuror vəzifəsinə təsdiqləməyi təklif edib

ABŞ Prezidenti Donald Tramp senata Ədliyyə Nazirliyinin rəhbəri - baş prokuror səlahiyyətlərini icra edən Todd Blanşı ədliyyə naziri vəzifəsində təsdiqləməyi təklif edib.

"Sizinxeber.az" xəbər verir ki, müvafiq bəyanat Ağ Evin saytında yerləşdirilib.

Bəyanatdan məlum olur ki, ABŞ-də baş prokurorluq funksiyalarını yerinə yetirən Ədliyyə Nazirliyinin rəhbəri postuna Blanşın namizədliyi senata göndərilib. Bu vəzifədə təsdiqlənmək üçün Blanşın namizədliyini Hüquq komitəsi, daha sonra isə ABŞ Konqresinin yuxarı palatası tam tərkibdə dəstəkləməlidir.

Tramp aprelin 2-də Pem Bondinin bu qurumun rəhbəri postundan istefasını təsdiqlədikdən sonra Blanşı ABŞ-nin Ədliyyə Nazirliyinin rəhbəri səlahiyyətlərinin icraçısı təyin edib. "The New York Times" qəzeti xəbər verirdi ki, Bondinin istefasının əsas səbəbi pedofiliyada ifşa olunmuş maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərin dərc edilməsi ilə bağlı davranışı olub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul