Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində şikayəti ilə bağlı qərar verilib, tərəflər barışıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
avq
2024
18:50
0
0
2 280

Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində şikayəti ilə bağlı qərar verilib, tərəflər barışıb

14 avq, 2024
18:50
2 280

Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində şikayəti ilə bağlı qərar verilib, tərəflər barışıb

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə şikayət üzrə prosessual müddətin ötdüyünü nəzərə alaraq, işə xitam verib.

Eyni zamanda tərəflər arasında barışıq əldə olunub.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.

Bizimlə əlaqə saxlayın